Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Şəxsi həyatı və yenilikləri ilə bir araya gələn məşhurlar

09-11-2012


    Röya ikinci dəfə ana olmağa hazırlaşmır. Bu barədə o həyat yoldaşı Anarı xəbərdar edib. Müğənninin sözlərinə görə, Türkiyədəki işləri ilə əlaqədar 48 kq-dan artıq çəkiyə sahib ola bilməz. İfaçı Türkiyədə yeni mahnılar üzərində çalışdığını bildirib.
    İyunun 11-də gəlin köçən tanınmış estrada müğənnnisi Xatirə İslam hamiləliyinin beşinci ayını yaşayır. Sənətçi ayda bir dəfə həkim nəzarətindən keçdiyini söyləyib. Müğənninin sözlərinə görə, həm özü həm də bətnindəki körpənin vəziyyəti yaxşıdır. İfaçı qızının yoxsa oğlunun olacağını hələki açıqlamaq istəmir. Xatırladaq ki, müğənni bir aydır el şənliklərinə getmir. Ev şəraitində istirahət edir.
    İradə İbrahimova Türkiyənin TMB kanalında “Nurseza ilə günün ritmi” verilişinin qonağı olub. Öncə yeniliklərini bölüşən sənətçi repertuarını Murad Dalklılıcın bir neçə türk və azərbaycanlı bəstəkarın mahnıları ilə yeniləyəcəyini bildirib. Müqavilə əsasında çalışdığı “Promore” musiqi şirkəti onun sinqlını hazırlayır. Meneceri Ulqar Ateş və mahnıların hazırlanmasında yardımçı olan Ozan Çolakoğlu ilə calışdığını xatırladan İradə ətrafında məşhur olduğu qədər peşəkar heyətin birləşdiyini bildirib. Sənətçi qarşıdakı aylarda klip çəkilişi, konsert hazırlığının olduğunu da deyib. 
   Teymur Əmrah yenə yar axtarışındadır. İfaçının bu yaxınlarda 50 yaşı tamam olacaq. Müğənni övlad sahibi olmaq istəyir. Sənətçinin bildirdiyinə görə, uşaq evindən övladlığa götürmək istəsə də, özü orada böyüdüyü üçün buna risk etmir. Əməkdar artist bildirib ki, öz övladına başqa hisslərlə yanaşacaq.

 

Xəyalə Əzizova

 

Muz-Tv.az.

 

1035 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart