Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Arzu Rzayev: “Albomdan gəlir əldə etmək mümkünsüzdür”

06-07-2012


      Şanson mahnıların mahir ifaçısı, bu vaxta qədər 6 albomu işıq üzü görən Arzu Rzayev yeni disk buraxmaq niyyətində deyil. Səbəb isə bu gün Azərbaycanda albomdan gəlir əldə etməyin mümkünsüzlüyüdür. “Ümumiyyətlə Azərbacanda disk buraxmağın işi düzgün qurulmayıb. Çünki ifaçı bundan heç bir gəlir əldə etmir. Artıq 80-ci illərdən bəri efirdə olduğuma görə tanınmaq üçün buna ehtiyacım yoxdur”- deyə müğənni açıqlamasında bildirib. Artıq 2 ildir albom çıxartmayan müğənni mahnılarının sayı kifayət qədər olduqda yeni disk haqqında düşünəcək.
    Rahatlığa üstünlük verən ifaçı xeyir işlərə gedəndə də seçim qarşısında qalır: “İstəmirəm əziyyət çəkim.Getməli olduğum yerde hiss etsəm ki, şərait mənim üçün rahat deyil imtina edirəm. Artıq 50 yaşa çatmışam, 35 ildir böyük səhnədəyəm. Məncə seçim etməyə haqqım var”- deyərək müğənni fikirlərini bizimlə bölüşüb.
    Şanson ifaçılarının başqa ölkələrə daha çox dəvət aldığını vurğulayan Arzu Rzayev gələcəkdə Azərbaycanda da bu stilin inkişaf edəcəyinə inanır.

Ülviyyə Xəlilbəyli
Ramal Gülməmmədov

Muz-Tv.az
 

1338 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16