Aktrisa ərinə hədik apardı - foto
Aktrisanın meyiti damdan tapıldı - foto
Elnarə saçlarını qısa kəsdirdi - foto
Şoumenin gəliri 4,5 milyon lirə olacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Ulduzların həyatında baş verən yeniliklər

06-07-2012


       Ekstravaqant müğənni Elza Seyidcahan doğum gününü qeyd etməyə hazırlaşır. Sənətçi açıqlamasında: “Mən hər dəfə öz ad günümdə böyük masa açıram, amma heç kimi çağırmıram. Çünki kiməsə zəng vurub ad günümə dəvət etməyə utanıram” – deyə söyləyib. O, həmçinin vurğulayıb ki, buna baxmayaraq tanınmış insanların ad gününə gəlməyini arzulayır.
       Uzun müddət sinə xərçəngindən əziyyət çəkən məşhur türk sənətçi Nilufər yenidən səhnəyə qayıdıb. Pop müsiqisinin əfsanəsi tamaşaçılara səslənərək, “Mənim dərmanım sizlərsiz”- deyib.
       Populyar estrada müğənnisi Ramal İsrafilovun gənc xanım həmkarı ilə fotolarının yayımlanması şayiələrə səbəb olub. “Biz arzu ilə həqiqətən də dostuq və onun xətri mənə əzizdir. İstərdik ki, şayiələrə son qoyulsun” –deyən Ramal məsələyə aydınlıq gətirməyə çalışıb. Arzu da susmayıb yaxın dostu Ramalla arasında heç bir sevgi münasibətinin mövcud olmadığını vurğulayıb: “Mən istəmirəm ki, adım qardaşım qədər əziz bildiyim Ramalla sevgili olaraq hallansın. Bu cür gündəmdə olmağı əsla arzulamaram”.
     Aktrisa Beren Saat və müğənni Kənan Doğulu ailə qurmaq qərarına gəlib. Türkiyə mətbuatının verdiyi məlumata görə, mərasim iyulun14-də Çeşmə istirahət zonasında planlaşdırılır. Ziyafəti məhz turizm məkanında keçirmək isə Beren Saatın istəyidir.
     Qeyd edək ki, cütlüyün toy tarixini önə çəkəcəyi də istisna edilmir.Yayılan şayiələrə arasında aktrisanın hamilə olması xəbəri də yer alıb.
     Azərbaycanda keçirilən 57-ci “Avroviziya” mahnı müsabiqəsində qalib olan Lorenin “Euphoria” adlı mahnısının klipi artıq işıq üzü görüb. Klipin təqdimatı olub və bu mahnı “youtube” video saytında yetəri qədər izlənilir.
    Türkiyənin sevilən ulduzlarından olan Sinan Akçıl və Hande Yener Azərbaycan səfərinə hazırlaşır. Amma sənətçilərin paytaxtda verəcəyi konsertin tarixi hələ ki, bəlli deyil. Konsertdə xalq artisti Aygün Kazımovanın iştirakı da gözlənilir.
    Xalq artisti Bilal Əliyevin bacısı oğlu Rza İsmayılov ağır yol qəzasına düşüb. Ələt -Astara magistral yolunun 70-ci kilometriliyində Sabit Əliyevin idarə etdiyi “Vaz -2106” maşınla “Daf” markalı yük maşını toqquşub. Qəza zamanı "VAZ-2106"nın sürücüsü Sabit Əliyev hadisə yerində keçinib, Rza İsmayılov isə ağır yaralanıb. O, hazırda komadadır. Faktla bağlı araşdırma aparılır.

Xəyalə Əzizova

Muz-Tv.az  

758 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


































19