Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
ULDUZ

Leyla İdrisova: “Həyat yoldaşım mənə çox dəstək olur”

05-07-2012


      Son zamanlar efir məkanlarından yan keçən müğənni Leyla İdrisova tamaşaçılarını intizarda qoysa da, övladını qayğıdan kənar qoymaq istəmədiyini bildirib: “Bəzən vaxtım olur, amma övladımdan ayrıla bilmirəm”
      Az da olsa işlərinə vaxt tapan müğənni, bununla yanaşı tənbəl olduğunu da etiraf etməkdən çəkinməyib: “Bəlkə də ailəmin mənə dəstək olduğu kimi, başqa xanım müğənnisinə dəstək olsaydı indi o, superstar idi. Sadəcə olaraq mən tənbələm”
     Öz üzərində az işləyən Leyla, yeni mahnı da yazdırıb. Sözləri və musiqisi Seyran İsmayılxanova məxsus olan “Məcnunum” adlı bu ifanın qəribə tarixçəsi var. Mahnının adı əvvəlcə “Leyla” olsa da müğənni bu bəstəni ifa edə bilməyəcəyini bildirib: “ Mən Seyrana dedim ki, bu mahnını oxuya bilmərəm. Mən Azərbaycanda öz sözünü demiş müğənni deyiləm ki, öz adıma yazılmış bəstə ifa edim”. Mahnının adının dəyişməsinin səbəbini açıqlayan Leyla, ifanın aranjemanını da çox bəyənib: “Seyran həyat yoldaşımın mənə olan sevgisini bilirdi və onun adından olaraq ifanın adı “Məcnunum” oldu. Şərqsayağı ritmləri olan bu mahnı məndə maraq oyatdı və mən də ifa elədim”.
    Artıq iki ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimə kimi fəaliyyət göstərən Leyla İdrisova yeni mahnılar üzərində işləməsinə baxmayaraq, özünü şou-biznesdə görmür. Müğənniliyi hobbi hesab edir.

Səbinə Zöhrabqızı
Rüfət Qarayev

Muz-Tv.az
 

2173 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15