Müğənni Xatun: ”Mən Nadirin nazı ilə oynayan deyiləm”

Səhnə fəaliyyətində hələ gənc olan müğənni Xatun bəzi həmkarlarından geridə qalmayıb, yayı iş başında keçirməyi düşünür: “Tamaşaçılarımız daim bizdən yenilik gözləyir, ona görə də dincəlmək yox yalnız işləmək lazımdır”.
Hər zaman mahnıları ilə yadda qalmağa çalışan Xatun rok üslubunda olan, sözləri Nurəngiz Günə, musiqisi Emruzə Hüseynovaya məxsus yeni ifası ilə tamaşaçılarının qarşısına fərqli tərzdə çıxacaq. Müğənninin duet şəklində yeni mahnı təqdim edəcəyi də gözlənilir. Bu haqda danışan Xatun: “Nadirlə oxumalı idim, ancaq nə vaxt zəng vurdum işi olduğunu dedi. Mən də onun nazı ilə oynayası deyiləm, ola bilər başqa müğənni il ifa edim”- deyə bildirib. 6 klip çəkdirən Xatun 7-ci klipini “İntiqam” mahnısına çəkdirməyi düşünür. O, rejissor kimi yenidən Nail Naiboğluna müraciət edəcək. Əvvəlcədən söz verib yalançı çıxmaqdan qorxan Xatun sevənlərinin qarşısına aparıcı kimi də çıxacaq. Film təklifi də aldığını söyləyən müğənni kiçik obraz olduğu üçün bu roldan imtina edib.
Səbinə Zöhrabqızı
Rüfət Qarayev
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
