Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Сennifer, Rianna və Şakiranın konsert biletləri satışa çıxarılır

26-06-2012


    Bakıda “Crystal Hall”da solo-konsertləri təşkil olunacaq dünya şöhrətli müğənnilər Jennifer Lopez, Rianna və Şakiranın biletlərinin satışına start verilir. İyunun 25-də payız aylarında keçiriləcək hər üç konsertin biletlərinin satışı başlanılır. Təşkilatçı şirkətin PR xidmətinin yaydığı məlumata görə, biletləri www.omnikomo.com saytından əldə etmək olar. Konsertlərin təşkilatçısı “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group” şirkətidir. 2012-ci ilin əvvəlində “Omnikomo Music Group” və “Universal Music Group” yüksək keyfiyyətli musiqinin təşviqi, musiqi piratlığı ilə mübarizə, habelə Azərbaycanda və Gürcüstanda yeni istedadların aşkar edilməsi məqsədilə birgə müəssisə yaradıblar. Xatırladaq ki, dünya şöhrətli ulduzlar Jennifer Lopez sentyabrın 23-də, Rianna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də “Crystal Hall” konsert zalında çıxış edəcəklər.

Lalə Yusifqızı

Muz-Tv.az 

853 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16