Aktrisa özünə yeni sevgili tapdı
Aktrisa sevgilisi ilə nişanlandı - foto
Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər

Facebook instagram Twitter Youtube
ULDUZ

Bakıda konsert verən Sərdar Ortaç çətin günlər yaşayır

24-06-2012


Konsert vermək məqsədilə Bakıya gələn türkiyəli müğənni Sərdar Ortaç öz sevənlərini yarım saat gözlətdikdən sonra gurultulu alqışlarla Heydər Əliyev sarayının səhnəsinə daxil olub. Müğənninin səhnədə ilk ifa etdiyi “İşim olmaz” mahnısı saraya gələn hər kəsi çoşdurub. On musiqiçi və dörd bekvokalla çıxış edən sənətçi öz çətin günlərindən də danışıb və 15 gün əvvəl yaşadığı ata itkisindən doğan hüznünü sevənləri ilə bölüşüb. Bir-birinin ardınca hitlərini səsləndirən Sərdar hətta tamaşaçıların önündə diz çökərək onlara hörmətini də bu formada ifadə edib. İki saat davam edən konsertdə diqqət çəkən məqam isə Sərdarsevərlərin müğənni ilə birgə görməyə alışdığı rəqqasələrin olmaması olub. Ara-sıra rəqs edən qızlarla çıxış edən Sərdar Ortaç ilk dəfə olaraq onlarla bir səhnəni paylaşdığını bildirib. Sənətçi həmçinin bəzi ifaları zamanı zalda olanlardan mahnısını davam etdirməsini də istəyib. İfaları ilə yanaşı tamaşaçıları ilə ünsiyyətə də yer verən müğənni mahnılarının tarixçəsindən də danışıb. Başladığı kimi konsert böyük anşlaqla sona çatıb.

Səbinə Zöhrabqızı
Rüfət Qarayev

Muz-Tv.az  

1113 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar














































17 Yanvar