Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda Ələkbərzadənin “Mix-Music” adlı konsertində yaşananlar

25-06-2012


Əməkdar artist Sevda Ələkbərzadənin Bakı Caz Mərkəzinin yay zalı olan Jazzy Beach-də “Mix-Music” adlı konserti keçirilib. Artıq bir neçə ildir ki, etno-caz kompozisiyalarını ifa edən əməkdar artist konsertdə estrada hitlərini də oxuyaraq, əsl yay ab-havası yaradıb. Müğənni tədbirdə tərəf müqabilləri Elşad Xose və Elmira Ələkbərzadə olmaqla iki duet ifa edib. Konsertdə əməkdar artistin 14 yaşlı qardaşı qızı Səidə Ələkbərzadə də çıxış edib. İfası xoş qarşılanan istedadlı xanım ilk dəfə səhnəyə çıxmasına baxmayaraq, bu işin öhdəsindən məharətlə gəlib. Lənkəran nənələrinin çıxışı tamaşaçıların əhval-ruhiyyəsini daha da qaldırıb. Bu ideyanın “Eurovision”dakı Rusiyalı nənələrlə heç bir əlaqəsi olmadığını söyləyən əməkdar artist Sevda Ələkbərzadə, hələ 2007-ci ildə” Şəbi-hicran” adlı albomunda nənələrlə çıxış etdiyini vurğulayıb. Müğənnini xoş günündə tək qoymayan sənət dostları da sonda öz təəssüratlarını bizimlə bölüşərək, konserti çox bəyəndiklərini söyləyib.

Ülviyyə Xəlilbəyli
Taleh Mahmudov

Muz-Tv.az
 

929 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16