"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir
Dima Bilan heç vaxt evlənməyəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Elvin Abdullayev: “Həmin mahnını sevdiyim qız üçün bəstələmişdim”

23-06-2012


Əməliyyatdan sonra özünü yaxşı hiss edən müğənni Elvin Abdullayev yenidən iş başına keçib. Bəstəkarlıqla da məşğul olan Elvin musiqisi özünə, sözləri isə Aysel Nəcəfliyə məxsus olan “Hardasan?” mahnısının artıq hazır olduğunu deyib. Yeni ərsəyə gələn bu ifaya müğənni klip də çəkdirməyi düşünür. Maddi durumu ilə əlaqədar çəkilişlərin payız ayına təsadüf edəcəyini deyən Elvin, sujet xətti olmayan sadə klip istəyir: “Klip istərdim Gürcüstanda çəkilsin, orda xoşuma gələn yerlər çoxdur” -deyə o əlavə edib. Vaxt azlığından bəstəkarlıqla ara-sıra məşğul olan Elvin, hətta Röyanın da ondan mahnı istədiyini deyib. Gənc müğənni Röya üçün bəstələdiyi mahnının müğənni tərəfindən bəyəniləcəyini düşünür. Daha əvvəl “Soyuqluq” mahnısına klip çəkdirəcəyini desə də, müğənni nədənsə hələ də vədinə əməl etməyib. Bunun səbəbini isə o belə açıqladı: “Həmin mahnını sevdiyim qız üçün bəstələmişdim. Amma ayrıldığımız üçün klip çəkdirmək fikrindən daşındım”.Qeyd edək ki, ayda bir- iki mahnı yazdığını deyən Elvin Abdullayev, bəstələrini heç də satmaq fikrində deyil. Onun sözlərinə görə, bu addımı atarsa, neçə illik bəstəkarların haqqını tapdalamış olar.

Səbinə Zöhrabqızı
Ramal Gülməmmədov

Muz-Tv.az
 

939 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




































15 Oktyabr