ULDUZ
Monika Belluççi rejissor ilə eşq yaşayır
16-03-2023

Məşhur aktrisa Monika Belluççi 64 yaşlı rejissor Tim Burtonla münasibətdədir. Mtv.az xəbər verir ki, dörd aydır birlikdə olan cütlük ilk dəfə Fransanın “Paris Match” qəzetinin obyektivinə tuş gəlib. Nəşr 58 yaşlı Belluççi və Burtonun əl-ələ tutaraq Parisdə gəzdiyi kadrı dərc edib. Qəzet onların münasibətləri ilə bağlı təfərrüatların növbəti sayda dərc olunacağını yazıb. İlkin məlumata görə, onların münasibətləri ötən ilin oktyabrında Lionda keçirilən Lümyer qardaşları film festivalı zamanı başlayıb.

19 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart
29 Mart