Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Qızın dostu ana, oğulun dostu ata olar..."

27-05-2022


"Qızın dostu ana, oğulun dostu ata olar. Mənim də birinci dostum anamdır. Harada oluramsa olum deyirəm anama cavab verməliyəm. Əlavə edirəm ki, anam mənim birinci həyat yoldaşımdır". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova deyib. Anasından danışan sənətçi ailə həyatı ilə bağlı sualları cavablandırıb: "Ana olandan sonra əvvəlki şıltaqlığım, həyata baxışım, dünyagörüşüm başqa oldu. Hansısa məqamda yoldaşıma və ya özümə qadağalar qoymuram. Amma istər-istəməz özünə çəki-düzən verirsən. Elə olub ki, reklam çəkilişindən səhər 6-da evə gəlmişəm". Xəlilova "Evdə hökmlü kimdir" sualına "Evdə hökm qadından asılıdır. Qadın evin dirəyidir. Kişi başdır, qadın boyun. Qadın hara döndərsə, kişi ora dönür. Evdə komandir qadındır, nə dedisə, odur. Amma son qərarı kişilər verir. Qadın emosionaldır, amma kişi uzaqgörən və soyuqqanlıdırlar" cavabını verib. Xəyanətlə bağlı sözlərə isə Elnarə "İnciməyim üçün nə boyda səbəb olmalıdır? Məqsədi incitməkdirsə, onu ondan əvvəl incidərəm. Allaha həvalə etməkdən də, həvalə olunmaqdan da qorxuram" reaksiyasını verib.

41 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun