Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub

Hollivud ulduzu Conni Depplə keçmiş həyat yoldaşı, amerikalı aktrisa Amber Heard arasında növbəti məhkəmə iclası baş tutub. Mtv.az xəbər verir ki, prosesdə psixoloq Şennon Karri şahid qismində iştirak edib. Psixoloq açıqlamasında aktrisaya sərhəd və isterik şəxsiyyət pozuntuları diaqnozu qoyduğunu bildirib. Mütəxəssis belə qənaətə tibbi qeydlər, audio və videolar, şahidlərin ifadələri, eləcə də 2021-ci ilin sonunda Heard ilə şəxsi görüşlərdən sonra gəlib. Onun sözlərinə görə, bu xəstəlik həyatın bütün sahələrində özünü göstərir, şəxslər "qurban" rolunu oynamağa və ya "yalan hekayələr" uydurmağa meyillidirlər. Xatırladaq ki, Amber boşandıqdan sonra Connini ailədaxili zorakılıqda ittiham etmişdi. Aktyor ona qarşı irəli sürülən bütün ittihamları rədd etmişdi.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
