Ancelina Coli keçmiş əri ilə daim mübarizə aparıb
Kristen Stüart geyimi ilə gündəmə gəldi - foto
Aktyor sevgilisindən ayrıldı
"Qorxaqlar aşiq ola bilməz..."

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist xanımların geyimini tənqid etdi

04-05-2021


"Keçmiş dövrlə indiki arasında fərq çoxdur. Biz sovet tərbiyəsi alaraq böyümüşük. Məsələn, yadınızdadırsa, idman dərsində qızlarla oğlanların müəllimləri fərqli olardı. Qızlar dərsdə "reytuz"la iştirak edərdi, kişilər də "finka" geyinərdi. İndi xanımlar "reytuzla" toya gəlirlər, yaxud da küçədə gəzirlər". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni bu dəfə xanımların geyimlərini tənqid edib: "İndi paltarlı qadın görəndə sevinirəm. Deyirəm, nə yaxşı paltar geyinib. Axı indi hamı şalvar geyinir. Açıq danışıram. Şalvarı bədən formasını göstərmək üçün geyinənlə, dərinin rəngini nümayiş etdirmək üçün geyinən arasında fərq var. Qışda adam ayağı açıq geyinə bilər? Lakin bəzi qadınlar üstdən palto geyinirlər, ayaqları da açıq olur. Bilirsiz niyə? Yəni mənim bədənim bu rəngdir. Bunun da əleyhinə deyilik. Amma qədərində olsun".

58 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti