Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto
Müğənni şirkətdə katibə işləyib

Facebook instagram Twitter Youtube
ULDUZ

"Sənət adamı səhnə üçün darıxır..."

01-03-2021


"1 il 1 aydır toy yoxdur. Yanvar-fevral aylarında heç vaxt toy olmayıb. Çox nadir halda həmin aylarda toya gedərik. Martın 15-dən isə rəsmi karantin elan edildi".

Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli teleproqramın birində deyib.

Müğənni karantindən, toylara qadağa qoyulmasından bəhs edib: "Sənətə həvəs düşkünlüyü, soyuma oldu. Sənət adamı səhnə üçün darıxır. Bu, maddiyata bağlı olan hal deyil. Ünsiyyət, pozitiv enerji üçün darıxmışam. Elə şadlıq evləri var ki, qonaqlar səhnədən uzaq olur. Tamaşaçı ilə gözgözə ünsiyyətdə olmamaq ruh düşkünlüyü yaradır".

V.Məhərrəmli "İnstaqram"dan bəhs edib və sosial şəbəkədə yemək paylaşan həmkarlarını ələ salıb: "Daxili senzura var, hər şey paylaşmaq olmaz. İnstaqramda sənətdən nəşə yayımlamalısan. Amma indi 1 ildir sənət yoxdur, başqa foto da qoya bilərik. İndi suşi, krevetka yeyib paylaşırlar. Bir-iki reklam paylaşdım, ona da qonorar almadım. İzləyicilər başladı ki, toy yoxdu, keçdiniz reklama. İnstaqramımdan pul qazanmamışam".

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel
















10 Aprel