Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto
Müğənni şirkətdə katibə işləyib

Facebook instagram Twitter Youtube
ULDUZ

Elton Brilliant Dadaşova ilə duet oxumaq istəyir

24-02-2021


"Müğənni mərhum Şəfa qəza keçirəndə getdim. Onu o halda görəndə halım pisləşdi. Həkim üstümə qışqırdı ki, kim səni bura buraxıb? Aşıq Zülfiyyə də orada idi, gördü. Sonra Şəfanın qardaşı efirdə yalan danışdı. Guya mən o öləndə getməmişəm".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev deyib.

O, mərhum ifaçı Şəfa ilə küsülü olması xəbərlərindən danışıb və bildirib ki, Şəfanın qardaşı yalan açıqlama verib.

Elton ən uğurlu duet ortağının müğənni Natavan Həbibi olduğunu deyib: "15 ildir mahnı aktualdır. Ən böyük arzum isə Brilliant Dadaşova ilə duet oxumaqdır".

B.Dadaşova haqqında "Paxıl insandır" sözlərini deyən Elton "Emosiyalardan gələn bir şeydir, haqsızlıq etmişəm. Brilliant xanım cuşa gəlib oxudu, mikrofonu vermədi. Onu demişəm. Brilliant xanım kinli deyil, o, məktəbdir. Kinli olsaydı, mənlə barışmazdı. Toy şənliyini başdanayağa aparan ikinci bir insan ağlımıza gəlmir" əlavə edib.

İfaçı yeni ev tikdirdiyini söyləyib: "Mülk düşkünü deyiləm, amma balalarım üçün nəşə qoymalıyam. Mənim kimi israfçı olmaq lazım deyil. Mən qazandım, həyat yoldaşım ev tikdi. Evimizdə xoşbəxtlik, hüzur var".

E.Hüseynəliyev müğənni Xumar Qədimova haqda "Dostumdur və gözəl ifaçıdır. Onun sənətini çox bəyənirəm" sözlərini söyləyib.

Müğənni Rəqsanə İsmayılovanın adını eşidən Elton "Rəqsanə oxumaq istedadı ilə doğulmayıb. O, oxumağı öyrənib, üstündə çalışıb. Biri var oxumaq kimi doğulursan, biri də var sonradan özünə stil düzəldirsən. Janrın məktəbi var, stilin isə yox" deyə, bildirib.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel


















10 Aprel