Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto
Müğənni şirkətdə katibə işləyib

Facebook instagram Twitter Youtube
ULDUZ

"Allah özü sizə yar və yardımçı olar..."

24-02-2021


Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

Mtv.az xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:

"Nə kimi əməlisalehlik etmişiniz bu həyatda?

• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adı ilə, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbəttə, onda Allah özü sizə yar və yardımçı olar".

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel
















10 Aprel