Müğənni həyat yoldaşı ilə yenidən evləndi - foto+video
"Çox sadəlövhəm, insanları tanıya bilmirəm..."
Aktrisa ərindən ayrıldığını təsdiqlədi
Aktyor filmin təsirindən ayrıla bilmir

Facebook instagram Twitter Youtube
ULDUZ

"Dünyanı sevgi xilas edəcək..."

22-02-2021


"Həyatda hər şey insanın öz əlindədir əslində. Yaradılışı, qisməti, dünyaya gətirəcəyi övladları və əcəli xaricində. Yəqin ki, hər hansı qüvvə tərəfindən yönəldiyimizi, idarə olunduğumuzu hər zaman hiss etmişik". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi sevgidən bəhs edib: "İçimizdəki Allah sevgisi isə bizim vicdanımızdır. Heç vaxt deməyin "heç vaxt". Çünki heç kəs heç vaxt heç nədən sığortalanmayıb. Özünüzə rəva bilmədiyinizi başqasına rəva görməyin, yetər. Çalışın heç kəsin haqqına girməyin. Çünki qul haqqı ödənməlidir. Çalışın heç vaxt heç kəsi qınamayın. Çünki qınadıqlarımız başımıza gəlməyənə qədər Allah bizim canımızı almaz. İnsanların eybini açmayın. Bir müsəlman digərinin eybini bu dünyada üzünə vurmazsa, Allah da qiyamətdə onun eybini üzünə vurmaz. Allahın yaratdıqlarına sevgi ilə yanaşın. Bəzən təmənnasız sevin. Yaradan bizi sevdiyi kimi. Əşyaları, ağacları, bitkiləri, gülləri, heyvanları, quşları, balıqları və həşəratları da sevin. Çünki dünyanı sevgi xilas edəcək".

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti