Müğənni həyat yoldaşı ilə yenidən evləndi - foto+video
"Çox sadəlövhəm, insanları tanıya bilmirəm..."
Aktrisa ərindən ayrıldığını təsdiqlədi
Aktyor filmin təsirindən ayrıla bilmir

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda əri ilə genetik test verib

16-02-2021


Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov teleproqramın birində qonaq olublar.

Mtv.az xəbər verir ki, Z.Bayramov xanımı ilə birlikdə genetik test verdiklərini bildirib.

"Genlərin uzlaşmasını bilmək üçün test vermişik. Biz hələ evlənməzdən əvvəl bunu etmişdik. Uşaqların xarici görünüşü və səs baxımından xanımıma oxşamasını istəyərdim. Xanımı özüm seçmişəm, bütün gen səviyyəsində onu sevirəm".

S.Yahyayeva isə test nəticələrindən bixəbər olduğunu söyləyib: "İnanın, test nəticələri barədə ona sual verməmişəm. Övladım əsas odur ki, ağıllı və uğurlu olsun. Mən də istəyərəm ki, ağılda ona, xarici görünüşdə mənə oxşasın. Hansı sahəni seçməyinin fərqi yoxdur. Çox xoşbəxtəm. Zakir bilir ki, ona dəyər verirəm və çox sevirəm".

Qeyd edək ki, genetik test şübhəli genetik pozğunluğu təsdiqləyə və ya inkar edə bilər və ya xəstəliyin yaranma şansı, xəstəliyin irsi ötürülmə tipi və xəstəliyə meyilliliyini müəyyən etməyə köməkçi olur.

34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti