Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
ULDUZ

"Mən səhnə üçün doğulmuşam..."

26-01-2021


"Gündə efirlərdə olsam da, evdə kitablarla, şeirlərlə məşğul olsam da, ikinci evim üçün çox darıxmışam. Az deyil, 31 ildir teatrda 1 gün belə fasilə vermədən çalışmışam".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında yazıb.

Doqquz aydır səhnəyə çıxmayan aktrisa teatr üçün darıxdığını deyib: “Teatr bizim ikinci evimizdir. Doğma məkanımızdır! Orada əsrləri fəth edən neçə-neçə insan taleləri yaşayırıq. Bir insan öz taleyini, Allahın verdiyi ömrü bu keşməkeşli həyatda taleyindən razı, narazı və yaxud da xoşbəxt formada yaşayır. Amma biz aktyorlar səhnədə, neçə-neçə insan talelərini canlandırırıq. Buna dözmək gərəkdir. Orada bəzən bədbəxt, bəzən xoşbəxt talelər yaşayırıq. Xəstəni, kraliçanı, balerinanı, bəzən isə nakam məhəbbətə uğrayan insanı canlandırırıq.

Bəli, bu, aktyor həyatıdır. Kənardan asan görünən, amma əslində hədsiz çətin olan sənətdir. Mükafatı tamaşaçı alqışıdır. Ürəyimizi, həyatımızı səhnəyə qurban verdiyimiz aylar, illər...

8-9 aydır səhnəyə çıxmıram. Bu ilk dəfədir belə olur. Amma bu aylar ərzində boş vaxtım da olmayıb. Çoxlu muxtəlif janrlarda şeirlər hazırlamışam. Obrazlarımız, sənət dostlarım, səhnə işçiləri, ən əsas səhnənin iyi və tozu üçün darıxmışam. Mən səhnə üçün doğulmuşam!"

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
















2 Mart