Müğənni 13 onlayn konsert verəcək
Müğənni həyat yoldaşı ilə yenidən evləndi - foto+video
"Çox sadəlövhəm, insanları tanıya bilmirəm..."
Aktrisa ərindən ayrıldığını təsdiqlədi

Facebook instagram Twitter Youtube
ULDUZ

Azərbaycan və Türkiyə konsertlərini müqayisə etdi

25-01-2021


"Çətinlik hamının həyatında oldu. Hamı maddi və mənəvi ziyan gördü. Tək musiqiçilər işsiz qalmadı. Biz beş, kimlərsə 15 manat itirdi. Kimi də sağlamlığını itirdi. hamı deyir dostları tanıdıq. İndi dost görürük? Toyda görüşürdük, yasda problemlər həll olunurdu. Amma yaxşı dostlarımızın olduğunu danmayaq. Bizim gəlir yerimiz toydur. Bu da tam dayanmış bir işdir. Bizi bu sıxıntılardan keçirən dostlar sağ olsun. Amma boş qalmaqal, kimisə toydan burmaq olmadı".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Hacı Nazim Məmmədov deyib.

Sənətçi pandemiyadan və şou-biznesdə baş verənlərdən danışıb: "Əvvəl hit olan mahnıların proqnozunu verə bilirdin. İndi yoxdur. İnsanların zövqü qarışıqdır, dəyişikdir. Milyonlarla dinləyicisi olan mahnıların orientasiyası başqadır".

Nazim Türkiyədə və Azərbaycanda olan konsertləri müqayisə edib: "Sibel Canın Antalyada və Azərbaycanda konsertində olmuşam. Tamaşaçı fərqlidir deyə, həmin enerji yoxdur. Kompleksli millətik. Mehribanıq, qonaqpərvərik, kreativik, amma komplekslərimiz var: əmim gördü, dayım baxdı, ağ geyindin. İstanbula gedəndə adam istəyir şortikini elə hava limanında geyinəsən. Çünki azad olursan, söz atan yoxdur. İnsan özgür olmaq istəyir. Adamın əlacı olsa, lüt gəzər. Bu həyatı rahat gəzmək, yaşamaq istəyirəm: niyə belə oldun, filankəsin qızın aldın kimi hallar istəmirəm. Pul qazanmaq hamıya lazımdır. Amma sənətçiyə ilk alqış lazımdır".

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti