ULDUZ
"Vaxt da susub, danışmır..." - müğənni-bəstəkar
18-01-2021

"Hamı kimi hərdən bir şəkil çəkib paylaşırıq. Zaman da susub. Amma nə düşünürük, nə fikirləşirik... Bilən bilmədiyindən, bilməyən elə bilmədiyindən danışır".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə yazıb.
Sənətçi son günlər şou aləmində baş verən qalmaqallara belə reaksiya verib: "Bu, sonluq bitməz, ömür azalır... Hərəkət elə, çapala, tələs - niyə? Ən doğrusu mənəm, sənsən deyirik, bəs onda bu qədər səhvləri hara düzək? Sən mənə, mən sənə, biz hamıya yüklənək... Vaxt da susub, danışmır. Amma sürətlə gedir, uçur... Biz isə elə hey danışırıq: kimdən, düzdən, səhvdən. Kimdən soruşaq səbəbi?"
46 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral
26 Fevral