Sevgililər bir anda ayrıldılar - foto
Hədiyyə verdiyi saatı geri istədi
İki aktyor serialdan ayrıldı - foto
Ebru Şahin gözəllik sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Səxavətin Ağdamdakı məzarı ziyarət olundu - video

16-01-2021


Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarı ziyarət edilib.

Mtv.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra ifaçının doğulduğu Abdal Gülablı kənd işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

Səxavət Məmmədov bir gün yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.

Xatırladaq ki, Səxavət Məmmədov muğam ustası Firuz Səxavətin böyük qardaşıdır.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/3174464752235" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral




















26 Fevral