"Ölümün nə olduğunu bilirəm" - müğənni

"Sabah yıxılıb ölsəm, kiminsə yasa gəlməməsini evimdəkilər qınaya bilməz. Dövlətin qanunu var, heç bir yığıncağa icazə verilmir. Kəndimizdə və qohumlarım arasında rəhmətə gedən oldu. Yasına gedə bilmədim".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov deyib.
O, karantinə görə yaxınlarının yasına gedə bilməməsindən danışıb: "Getsəm, ya bir adam xəstə olar, ya mən yoluxub evdə kiməsə keçirəcəm. İnsanda vicdan hissi olmalıdır. İnsanlar yaşamaq istəyir. Nəvəmin toyunu görmək istəyirəm. Gedib Şuşanı görmək istəyirəm. Nəvələrim məndən soruşur ki, baba, Şuşaya nə vaxt gedirik? Həyatda o qədər əziyyətlə yaşamışam ki... İndiyə qədər mənim nə velosipedim, nə də topum olmayıb. Anam 4 uşağı zülmlə saxlayıb. 2 yaşımda atamı, anamı, cavan bacımı itirmişəm. Ölümün nə olduğunu bilirəm".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
