Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto
Müğənni şirkətdə katibə işləyib

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya onu əsəbiləşdirməməyi "məsləhət" gördü

11-01-2021


Xalq artisti Röya Ayxanın Yeni il gecəsi sosial şəbəkədə yayımladığı rəqs videosu günlərdir sosial şəbəkənin gündəmindən düşmür.

Mtv.a xəbər verir ki, gah rəqs edən, gah eyvanında qışqırıb əylənən müğənninin ünvanına minlərlə təhqir yazılıb. Hər kəs ona şəhidlərə qarşı hörmətsizlik etdiyini yazıb. Röya isə yazılanları vecinə almadığını vurğulayaraq, hətta camaata "konfet" yedizdirib.

Bəstəkar Nailə Mirməmmədlinin dünyasını dəyişməsi ilə Röya bir daha gündəmə gəlib. İnsanlar ona "Ölüsünə hörmət qoymayan insan" şərhlərini yazmaqda davam ediblər.

İfaçı məsələ ilə bağlı açıqlama verməyə çalışıb. Amma bu açıqlama ona qarşı aqresivliyin daha da artmasına səbəb olub.

Özünə haqq qazandırmağa çalışan R.Ayxan izləyiciləri hədələyərək onu daha da əsəbiləşdirməməyi "məsləhət" görüb:

"Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə, o zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz. Yox, əgər məndə səhv axtarırsızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz".

61 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel
















10 Aprel