ULDUZ
Müğənninin anasını şantaj edirlər - foto
02-12-2020

Məşhur müğənni Işın Karaca anasının təhdid edildiyini bildirib.
Mtv.az xəbər verir ki, ifaçı iki həftədir "İnstaqram"da anası Şeniz Büyükkaracanın şantaj olunduğunu deyib.
Qırx yeddi yaşlı sənətçi anasının başına gələnləri polisə bildirib və bu haqda sərt açıqlama verib:
“Səni tapacam. İki həftədir ki, anama nalayiq sözlər yazırsan, ölümlə şantaj edirsən. Bütün bu hərəkətlərin cavabsız qalmayacaq. İstədiyin profildən istifadə et, istədiyin ölkəyə get. Sən anamı qorxutduğunu zənn edirsən. Məncə sən məndən qorxmalısan!”


61 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
20 Yanvar