ULDUZ
Teylor Svift “American Music Awards”ın qalibi seçildi
28-11-2020

Amerikalı müğənni Teylor Svift “American Music Awards 2020” müsabiqəsində ilin ən yaxşı ifaçısı (Artist of the Year) mükafatını qazanıb. Mtv.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Otuz yaşlı Teylor Svift onqat “Grammy” və otuzqat “American Music Awards” mükafatçısıdır. 2019-cu ildə “Forbes” jurnalı onu ilin ən bahalı sənətçisi elan edib. Həmin il Teylor Svift 185 milyon dollar qazanıb. Ötən il “Time” jurnalı Teyloru dünyanın yüz nüfuzlu şəxsləri siyahısına daxil edib.
76 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
20 Yanvar