"Qarabağ"ı həsrət çəkmədən oxuyacam" - müğənni

Xəbər verdiyimiz kimi, bugün Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilməsini noyabrın 20-də rəsmi şəkildə elan edib. Sosial mediada bu şad xəbərlə bağlı minlərlə təbrik paylaşımları olub. Məşhurlar da bu paylaşımları edənlər sırasında yer alıblar.
Mtv.az xəbər verir ki, onlardan biri də gənc müğənni Tunar Rəhmanoğludur.
İfaçı "İnstaqram"da ifasını paylaşaraq "Ağdam, qayıdışın mübarək" sözlərini yazıb. Sevincli anlar yaşadığını deyən ifaçı sözlərinə belə davam edib:
"30 il Qarabağ oxudum. İnşallah, artıq o ifamı niskilsiz, həsrət çəkmədən vətənimdə, Ağdamımda-Qarabağımda oxuyacam, Allah ömür verərsə. Arzuma çatdım. Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu şad olsun, hər zaman ruhunuz, adınız qarşısında baş əyirəm. Təbriklər, gözün aydın Azərbaycan".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
