ULDUZ
"Biz Qarabağ eşqi ilə yaşadıq..."
26-11-2020

"Mən də qələbə günü maşınla küçələrdə idim. Xalqın içində qələbəni qeyd edirdim. Bu sevinci yaşayan bilər. Xalqımız bildi ki, sevinc, qələbə nədir".
Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva deyib.
Vətən müharibəsindən, qələbədən danışan xanəndə bunları əlavə edib: "Xalq o qədər bu günlərin həsrətində olub ki... Biz Qarabağ eşqi ilə yaşadıq... Hər soruşanda deyirdik ki, Qarabağda konsert verək, veriliş çəkək. Allah bizi nə qədər çox istəyirmiş. Bu gözəl günləri bizə yaşatdı. O günlərə gəlib çıxdıq. Mənə hər zamand eyirdilər ki, sən axı Qarabağdan deyilsən... Vətənin o başı, bu başı olmur. Hamımızın torpağıdır Qarabağ".
62 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar
16 Yanvar