ULDUZ
Azərbaycanlı repçi ad və soyadını niyə dəyişdirib?
20-11-2020

Hazırda Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı rep ifaçısı, məşhur “HammAli & Navai” qrupunun üzvü Aleksandr Əliyev öz ad və soyadını dəyişdirməsinə “YouTube” kanalda aydınlıq gətirib.
Mtv.az xəbər verir ki, o, bunun əsas səbəbinin təhsil alarkən rəhbərlik tərəfindən qərəzli münasibətə məruz qalması ilə bağlı olduğunu bildirib.
“2008-cu il idi. Hüquq fakültəsində oxuyurdum. Mənə dedilər ki, rahat təhsil ala bilməyim və rəhbərlik tərəfimdən qərəzli münasibətlə məruz qalmamağım üçün soyadını dəyişmək məsləhətdir”, - “HammAli & Navai” qrupunun üzvü deyib.
Xatırladaq ki, əslən azərbaycanlı sənətçinin sənəddə ad və soyadı Qromov Aleksandr Mixayloviç kimi qeyd olunub.
101 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Fevral
23 Fevral