Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
ULDUZ

"Azərbaycanın yanındayıq" - Tamər Qaradağlı

26-10-2020


“Çoçuklar duymasın” serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycanlı olan məşhur Türkiyə aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında ordumuza, xalqımıza dəstəyini ifadə edib.

Mtv.az xəbər verir ki, məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:

““Bir millət, iki dövlət” əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”.

Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: “İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda”.

Aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr