Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq  

24-10-2020


Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. 

Mtv.az xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” səhifəsində Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib.

O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram”da ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

 

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr