Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
ULDUZ

Tanınmış aktrisa vəfat etdi

20-10-2020


RSFSR-in Xalq artisti İrina Skobseva vəfat edib.

Mtv.az xəbər verir ki, bu barədə rejissor Fyodor Bondarçukun "İnstagram" səhifəsində qeyd olunub.

Aktrisanın ölüm səbəbi açıqlanmayıb.

1927-ci ildə Tula şəhərində anadan olan İrina Skobsevanın kinoda debütü 1955-ci ildə Sergey Yutkeviçin çəkdiyi məşhur "Otello" filmindəki Dezdemona obrazı olub. Bu, ilk dəfə filmə çəkilən bir aktrisa üçün çox uğurlu başlanğıc idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak edib və "Ən yaxşı rejissor işi"nə görə mükafat alıb. 

Altmışdan çox ekran işində rol alan aktrisanın çəkildiyi filmlər arasında “Hərb və sülh”, “Onlar vətən üçün döyüşürdülər”, “Sakit Don” və başqaları var.

O, sovet rejissoru Sergey Bondarçukun həyat yoldaşı, aktyor, rejissor Fyodor Bondarçukun anasıdır.

49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr