Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
ULDUZ

 “Sən supersən!” mənə böyük təcrübə qazandırdı - ifaçı

21-10-2020


Azərbaycanı “Sən supersən!” adlı layihədə təmsil edən Bakıdakı uşaq evində böyümüş Xanım Əhmədiyeva yenidən Moskva səhnəsinə qayıdıb. Gənc azərbaycanlının növbəti mərhələyə keçib-keçmədiyini videodan izləyin.

Rusiyanın NTV kanalında “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin dördüncü mövsümü start götürüb.

Mtv.az xəbər verir ki, tədbir Sputnik Beynəlxalq Agentliyi və Radiosunun dəstəyi ilə keçirilir. Azərbaycanı layihədə Bakıdan olan 15 yaşlı Xanım Əhmədiyeva təmsil edir. O keçən ildən müsabiqəyə qoşulub.

Koronavirusun acığına: “Sən supersən!” müsabiqəsinin dördüncü mövsümü başlayır. Bu il gənc müğənni yenidən Moskva səhnəsinə qayıdıb və məşhur “Qaya” vokal qrupunun “Ey həyat, sən nə qəribəsən” adlı hitini səsləndirib.  Təəssüf ki, münsiflər heyətinin səsverməsinin nəticəsinə əsasən, Əhmədiyeva beynəlxalq müsabiqənin növbəti mərhələsinə keçə bilməyib.

Bununla belə, Xanım deyib ki, “Sən supersən!” müsabiqəsində iştirak ona böyük təcrübə qazandırıb və vokal sənətini davam etdirməyə ruhlandırıb.

X.Əhmədiyeva beş il bundan əvvəl valideynləri boşandığı üçün qardaşı ilə birlikdə uşaq evinə verilib. Xanımın bacısını isə xalası öz himayəsinə götürüb. Gənc müğənni bacısı üçün çox darıxdığını bildirib.

“Sən supersən!” beynəlxalq vokal müsabiqəsi valideyn himayəsindən məhrum olan istedadlı uşaqlara böyük səhnələri fəth etmək imkanı verir. Yeni mövsümdə müsabiqədə internat-məktəbləri, uşaq evlərindən olan və ailələrə himayəyə verilmiş 58 uşaq və yeniyetmə iştirak edir.


 

41 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr