Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
ULDUZ

Renka xaricə köçmək istəyir

25-09-2020


"Atam zarafat edirdi ki, hazırlaşın əzrayıl gəlib. Çox yaxın dostu dünyasını dəyişdi. Daha sonra məhlədə başqa biri öldü. Üçüncü isə atam dünyadan köçdü. Atamı dəfn etdik, bacımla xəstəxanaya getdik. Dedik, evə gəlib-gedən olmasın".

Mtv.az xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) deyib.

Koronavirus infeksiyasına yoluxan və atasını itirən sənətçi göz yaşlarını saxlaya bilməyib:

"İndiyənə kimi telefonuma zəng gələndə qorxuram. Klinikadan yığdılar mənə ki, atan dünyasını dəyişib. kaş mənim yanımda olardı, evdə keçinərdi. Özümü koronovirus qurbanı hesab edirəm. Mart-apreldə çox qorunurdum. Virusa yoluxanda paylaşdım, hamı dedi ki, özünü reklam edir. İndi o hisslə yaşayıram ki, bir gün atamla qovuşacam. Heç bilmirəm necə qol qaldıracam, geyinəcəm, mahnı səsi eşidəcəm... Amma heç nə etmirəm başıma hava gəlir. Qalmışam ortada, bilmirəm necə yaşayım. Uşaqlar da mənə baxıb pis olur".

Renka xaricə köçmək istədiyini də söyləyib: "Azərbaycandan köçmək istəyirəm, bilmirəm niyə... O evdə otura bilmirəm. Bir də kənardan düşməyimi görüb sevinənlər var. Uşaqlarım deyir ki, babanı burda qoyub necə köçək? Deyirəm, qayıdacağıq, gəlib-gedəcəyik. Atamın dəfnində bacımla mən idim, heç kimi yaxına buraxmadıq. Anamı belə qoymadıq gəlsin. Atanı dəfn edib, xəstəxanaya getmək dəhşət idi.

Atamı yanımda belə hiss edirdim, evimizdə idi. Evə psixoloq gəldi, 2 saat üstümdə əlləşdi. Dedilər, ruha əziyyət verirsən, qoy getsin. Onu qapıya qədər yola saldım və hiss edirdim ki, ruh getdi".  
 

60 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr
















24 Oktyabr