Müğənnini "Eurovision"a göndərmək istəyir
Aktrisa sevgilisi ilə yenə barışdı
Aslan başına gələn hadisəni açıqladı
 Hülya Avşar 55 milyon lirəyə ada aldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Namiq "MTV Azərbaycan"a açıqlama verdi

03-08-2020


Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesi tənqid edib.

Mtv.az xəbər verir ki, sənətçi bu barədə "MTV Azərbaycan"a açıqlamasında deyib.

O bildirib ki, son vaxtlar sosial şəbəkələri daha çox izləməyə başlayıb: "Yüngüllük, ağılsızlıq, məntiqsizlik baş alıb gedir. Baxıb dəhşətə gəlirsən. Sosial şəbəkədə hamı akademik, professor olub. Yüngüllük şou-biznesin ana xəttidir.

Seçiciyəm, tamaşaçılar məni kimləsə bir görmək istəməyə bilər. Ona görə də proqramlara dəvət alanda seçib gedirəm. Amma hələ tək getmirəm. Utanıram "tək gəlirəm" deyim".

Şəxsi həyatla bağlı suallara isə meyxanaçı "Səhnədə çox atdanıb-düşmürəm, sərbəstəm, amma çərçivədəyəm. Eləsi var ki, səhnədə oyun çıxarır, ailəsi ilə çıxır. Onlara baxıram, xoşum gəlir, amma özüm etmərəm. Bəzən evdə nəsə baş verir, çəkirəm ki, paylaşım, ancaq etmirəm. Fikirləşirəm, ayıbdır, nə yazarlar" cavabını verib.

71 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28




























27