Vleriyanın biznesi müflis olmayıb
İrem dənizə şortiklə girdi - foto
İradə Vətən üçün darıxır
Sərdar Ortaç peşmançılığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Tünzalə namizəd olmamasının sirrini açdı

16-07-2020


Xalq artisti Tünzalə Ağayeva şəxsi həyatından danışıb.

Mtv .az xəbər verir ki, o, boşanma xəbərinin gündəmə gəlməsinin ona qarşı "qara piar" olduğunu deyib: "Həyatımızda müsbət və ya mənfi dəyişiklik olanda saçımıza əl atırıq. Çox qadınlar boşananda, sevgilisindən ayrılanda saçlarını kəsdirir. Hər zaman istəmişəm ki, həm sənətimdə, həm də şəxsi həyatımda xoşbəxt olum. Ana, qadın kimi də məmnunam. Açıq ortaya tökməsəm də... Mənim də həyatımda məlum səbəblər oldu ki, gündəmə çıxdı. Bu, "qara piar"ım deyildi. Qəsdən də etməmişdim. Psixoloji əziyyət çəkirdim. Sonra başa düşdülər ki, Tünzalə üçün boş oldu. Tünzalə ailəlidir, ayrıldı, "qara piar"ımda yer aldı. Bundan istifadə etdilər. Mənəvi əziyyət çəkdim, yalan deyərəm ki, vecimə almadım. Amma çıxdı getdi, izi qalmadı. Keçdiyim yol, keçmiş kimi baxıram". 

"Foto makiyajsız olanda maraqlıdır, amma fotoşop gərəkdir. Yüz şəkil çəkdirərəm, 99-da dava düşür. Amma içindən birini seçirəm. Fotostudiyaya gedəndə musiqi, güzgü olmasa əhvalım korlanır" deyən, Ağayeva kaprizlərini etiraf edib.

Müğənni "Altın kelebek" mükafatlandırmasına namizəd olmamasının səbəblərini açıqlayıb: "Dəvət olub, Yalçın (prodüseri Yalçın Cabbarov - red.) oradakı şərtləri istəməyib. Dəxlisiz şərtlər var. Öyrəşməmişik bizə şərt qoysunlar. Əgər orada olan nəsə Yalçının xoşuna gəlmirsə, heç mənə demir. Ora mənim üçün heç əhəmiyyətli deyil".

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7


















6