ULDUZ
Elnarə üçün evdə oturmaq çətindir
10-07-2020

"Biz kimik ki? Əskimiz də tüstülü. Bir söz deyən kimi deyəcəklər müğənnisən, get mahnını oxu".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.
İfaçı bildirib ki, yay günlərində evdə oturmaq çətindir: "Xahiş edirəm, ey bizim ölkənin həkimləri: Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın, bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək".
153 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Yanvar
25 Yanvar