Serialın afişası təqdim olundu
 Hadisə 8 kiloqram arıqladı - foto
Aktrisa birinci siyahıda yer aldı
Tatlısəsin keçmiş xanımı danışdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti qızlara hansı yolu göstərdi?

02-06-2020


"Mənə deyirlər ki, kinlisən, bağışlamırsan. Bir müğənni var, rəhmətə gedən atamı-anamı söyüb. Onu heç vaxt bağışlamayacam. Özgə, küçədən keçən, ata-anamın dırnağı olmayan biri onları söyüb".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib.

Müğənni küsülü olduğu həmkarından söz açıb. O, daha sonra qadına şiddətdən danışıb və xanımlara səslənib: "Mentalitetimiz fərqlidir, XXI əsrdə yaşayırıq, təəssüf ki, ayrılanda xanımları günhlandırırlar. Bəylər var, baxanda deyirlər mədənidir. Amma evində arvadını döyür. Elə insan var ki, onun xanımını döyməyi ağıla gəlməz. Qadınlar 10-20 il şiddətə dözür, sonra gedir. Eləsi də var ki, bir il dözmür.

Bacılarım 15-20 il təhqirə, silləyə dözüb. Amma ayrılandan sonra onlar qınanıldı, çünki tanınmış ailəyik. Mənim ailə qurmağımın 32 ili tamam olur. Qismət olsa, Ədalət bəylə 35 illiyimizi qeyd edəcəyik.

Qızlara deyirəm ki, ərin şiddətinə dözməyin, pisdirsə, ayrılın. Sizi təhqir edib, döyən biri ilə yaşamağa dəyməz. Mən heç yarım silləyə də dözmərəm. Qadını vuran kişi uşağı da döyür. Şiddətdir, buna dözmək olmaz. Əsəbiləşmisən, özünü vur". 

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul




























3 İyul