Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Nura Suri yazılan tənqidlərə cavab verdi

29-05-2020


"Bir aydınlıq gətirim bəzi səviyyəsiz cahil insanlara... İnsan olduğunuza heyiflər olsun. Sizi dünyaya gətirəndə ananız əziyyət çəkib".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

Ünvanına yazılan tənqidlərə cavab verən sənətçi bunları əlavə edib: "Yalnız bədbəxt insanlar başqalarını təhqir etməklə özlərində təsəlli tapırlar. İnsan boş yerə nifrət və paxıllıq hissi duya bilməz. Özündə olmayanı başqasında görüb, bəyənib, sevəndə yaranır o hisslər... Sevmədiyi, bəyənmədiyi heç nəyə paxıllıq etmir insan.

Başqaları haqqında danışdıqları başqalarını yox, yalnız özlərini əks etdirir. Əgər kiməsə əxlaqsız deyirsə, özü əxlaqsız olduğuna görə başqalarını da elə görmək istəyir. Ən böyük əxlaqsızlıq isə başqasının əxlaqında nöqsan axtarmaqdır. Əlbəttə ki, ağlı olan kəs özünə və ailəsinə dəyər verər və necə tərbiyəsiz olduğunu nümayiş etdirməz.

Arı təbiətə baxanda ancaq gül-çiçək görür... Çünki ona o lazımdır. Milçək isə hər yerdə zibil axtarır, çünki yalnız natəmiz yerə qonur. İnsanlar da belədirlər".

49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul