Kənan M.M. Azərbaycan ifaçılarından danışdı
Aktrisa kənd qadını obrazına girdi - foto
Ozan Güvən sevgilisini döydü
Aktyor özünə bahalı maşın aldı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Model məhkəməni uduzdu

24-05-2020


Məşhur model Kendal Cenner üç il öncə sosial media səhifəsində reklam etdiyi ancaq fiyasko ilə nəticələnən “Fyre” festivalı ilə bağlı olan məhkəməni uduzub.

Mtv.az xəbər verir ki, o, həmkarları Bella Hadid, Heyli Bolduin, Emili Ratajkovski, Allessandro Ambrosio ilə birgə 2017-ci ildə bu festivalın tanıtım siması olmuşdu.
 
“Fyre Media” şirkətinin təşkil etdiyi parti üçün 4-10 min dollar arası pul ödəyənlər 28 aprel günü Baham adalarına axın etsə də, heç bir festivalın keçirilmədiyinin şahidi olublar.Üstəlik, təyyarə də olmadığı üçün onlar geri qayıda bilməyib. Minlərlə festival iştirakçısı adada köməksiz qalaraq əlacsız vəziyyətə düşmüşdülər.

Hadisədən sonra bilet alanlar həm “Fyre Media” şirkətini, həm də tanıtımı edən məşhurları məhkəməyə verərək 100 min dollarlıq təzminat tələb ediblər.

Məhkəmə sənədlərinə əsasən, Cenner "İnstaqram" paylaşımı üçün 275 min dollar qazanıb. Çünki vədlərdən biri də Cennerlə birlikdə yaxt partisi imiş. Lakin o parti heç vaxt gerçəkləşməyib.

Məhkəmənin qərarına görə, K.Cenner cəzalandırılıb. Ondan 90 min dollar alınaraq şikayətçilərə verilib.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti