Selena izləyicilərini qəzəbləndirib
Aktrisa yeni serialı ilə geri qayıdır
"Altın Kelebek"də mükafatlandırma gecəsi
Model mütəmadi idmanla məşğul olur

Facebook instagram Twitter Youtube
ULDUZ

Günay Əhməd darıxdığını etiraf etdi

21-05-2020


“Cehizsiz gəlinlər” serialı ilə məşhurlaşan aktrisa Günay Əhməd sosial media səhifəsində arxiv fotosunu paylaşıb.

Mtv.az xəbər verir ki, sənətçi uşaqlığından söz açaraq darıxdığını bildirib:

“Rusiyadan təzə köçmüşdük. Öz evimiz də yox idi. Üç övlad, ata və ana... Atam dolanmaq üçün qaldığımız evin həyətində təndir tikmişdi. Anam gecələr xəmir yoğurub, səhərlər çörək bişirib onu aparıb köhnə Binə bazarında satırdı. Yararlı olum deyə, mən də elə həsəvli idim ki... Onunla çörək satmağa getmək üçün can atırdım. Hərdən özü ilə aparırıdı. Amma satışın bir qaydası var idi: “Çörək var! Çörək var! 500 manata!” deyə, qışqırmalıydın. Mən də sevinclə qışqırırdım. Mən gedən günü çörək çox satılardı... Elə bilirdim ki, ayağım düşərlidir. Amma indi anlayıram ki, o çörəyi bəlkə də balaca qızcığaza acıyıb alırdılar...

Heç vaxt keçmişimdən utanmadım. O günlər mənə mübariz, gözütox, zəhmətkeş olmağı öyrətdi. Heç vaxt düşünmədim ki, niyə o uşağın “Barbi” kuklası var, amma mənim yoxdur. Onların yerinə sevinməyi də bilirdim. Bugünədək hər şeyi gülərək qarşılayıram. Bu da keçər deyirəm, keçir də... Bu gecə özünü lazımlı, yararlı sayan, “Çörək var! Çörək var! 500 manata!” deyən o qız üçün çox darıxdım...”.

Xatırladaq ki, sənətçi “Könül yarası”, “İkinci Pərdə” kimi ekran işlərində oynayıb. O, hazırda “Ofis işi” adlı serialda rol alır.



745 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti