Kənan M.M. Azərbaycan ifaçılarından danışdı
Aktrisa kənd qadını obrazına girdi - foto
Ozan Güvən sevgilisini döydü
Aktyor özünə bahalı maşın aldı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Hadisə və Kaanın münasibəti təsdiqləndi

24-04-2020


İki aydır eşq yaşadığı barədə iddialar səsləndirilən türkiyəli müğənni Hadisə və aktyor Kaan Yıldırımın münasibəti öz təsdiqini tapıb.

Mtv.az xəbər verir ki, ifaçının sevgilisinin qaldığı evə girərkən fotolarını yayımlanıb.

Bildirilir ki, Hadisə avtomobili ilə aktyorun İstanbulun Ulus bölgəsində yerləşən evinə gedərkən görüntülənib. Daha sonra eyni maşınla müğənninin bacısı Dərya Açıkgöz banklardan birinə yollanıb.

Hadisə və Kaanın münasibəti ifaçının onun iti ilə foto paylaşmasından sonra ortaya çıxmışdı. Karantin günlərini birlikdə keçirən cütlük daha bir ipucunu isə Hadisə “Survivor” proqramına virtual qonaq olarkən vermişdi. Onun görüntülü danışdığı məkanın Kaanın evi olduğu məlum olmuşdu.

Xatırladaq ki, hər iki sənətçi yayılan iddialar qarşısında heç bir açıqlama verməyib.

56 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti