Modelin müraciəti "Ən acı tələb" adlandırıldı
Seriallar İspaniyada yayımlanacaq
Müğənni sosial şəbəkədə üsyan etdi
Leonardo Di Kaprio qorillaları qoruyur

Facebook instagram Twitter Youtube
ULDUZ

Nəzakət ana-ata muğamı oxuyanları tənqid etdi

06-04-2020


"Bir də baxırsan səhər efirdə ağlaşma. Gündəmə gəlmək üçün hansısa problemi atırlar ortaya, bir həftə ortada fırlandı. Bunların konsertləri, işləri yoxdur?".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymirova deyib.

Muğam ifaçısı verilişlərdən gileylənib və eyni zamanda efirdə ana-ata muğamı oxuyanları tənqid edib:

"İnsan nə qədər ata-anadan oxuyar? Başqa mövzu yoxdur? Hər kəsin ata-anası insanın özünə Allahdan sonra ikinci müqəddəs varlıqdır. Bu, cılızlaşmağa doğru gedir. Biz də sevirik, ananı əzizləyirik. Elə olur ki, gecə səhərə kimi anamın başının üstündə dayanıram. Qardaş, bacı muğamı olar? Belə şeyləri cılız görürəm. Həmin kateqoriyadan olanları dəstəkləmirəm.

Başa düşürəm, günlük verilişlər var, plan doldurmaq üçün onları çağırırlar. O qədər sənətkarlarımız var... Amma bu sənətkarlar heç vaxt qapını döyməz ki, bizi efirə çağırın. Bunların işi efirə çıxıb, gündəmdə olub, toy biznesi ilə məşğul olmaqdır. Gündəmdə olmaq şərt deyil. Karifeylər gündəmdə olub? Yox, amma indi biz onların sənətindən bəhrələnirik".

34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti