ULDUZ
Abbas zövqsüz mahnı oxuyanları qınadı
25-03-2020

Əməkdar artist Abbas Bağırov televerilişin birində qonaq olub.
Mtv.az xəbər verir ki, ifaçı proqramda zövqsüz mahnı oxuyan müğənniləri “virus” adlandırıb: “Biz musiqiçilərin də başqa bir növ virusla mübarizəmiz var. O virus da bu gün sürətlə yayılan zövqsüz mahnıları ifa edənlərdir. Onlara mən “virus” adı verirəm. Çünki, insanların zövqünü korlayırlar. Bununla bacardığımız qədər həmkarlarımızla birlikdə ciddi mübarizə aparırıq. Doğrudan da çox çətindir. Buna qarşı heç bir antivirus yoxdur. Elə musiqilərə tələbat var ki, avtomobildə onu yüksək səslə oxudurlar. Xaricdən gələn əcnəbi bunu eşidib deməz ki, Azərbaycanın musiqisi bundan ibarətdir?!”
162 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Yanvar
22 Yanvar