Cütlük toy tarixini dəqiqləşdirdi 
Mikela Z nəslinin dəb ikonudur
Edis çətin vəziyyətə düşdü
Müğənni hər şeyin qiymətini bilir

Facebook instagram Twitter Youtube
ULDUZ

Aktyor şərabı xanımının şalvarına tökdü

25-03-2020


Vankuver-London reysinin sərnişinləri 60 yaşlı aktyor Şon Bin və həyat yoldaşı Eşli Mur arasında mübahisə düşdüyünü iddia ediblər.

Mtv.az xəbər verir ki, hadisə martın 18-də təyyarədə baş verib. Hava gəmisinin salonuna daxil olan cütlük öz yerlərində əyləşdikdən sonra şərab sifariş ediblər. Bir müddət sonra ər-arvad sərxoş olub və söz davasına çıxıb.

Şahidlərin sözlərinə görə, özündən çıxan Mur şərabı Şonun şalvarına töküb. Onun bu hərəkətinə qəzəblənən sərxoş aktyor qədəhi 33 yaşlı həyat yoldaşına çırpıb.

Mübahisənin böyüməməsi üçün onları təyyarədəki stüardlar ayırıb.

Məsələ ilə bağlı isə polisə heç bir məlumat verilməyib.

Bir neçə saatdan sonra Şonun vəkili jurnalistlərlə əlaqə saxlayaraq onların həqiqətən də həmin reyslə uçduğunu, lakin spirtli içki qəbul etmədiklərini və belə bir mübahisənin yaşanmadığını qeyd edib.

Xatırlada ki, Eşli Mur Şon Binin 5-ci arvadıdır.

53 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 May


























30 May