Xatirə İslam kinli insan deyil

"Pisəm? Bəlkə, dəliyəm, başım işləmir? Bəlkə, etdiyim hansısa hərəkətə görə peşman olmuşam? Siz etməyin, sonra peşman olmayın. Mütləq mənim kimi olmalısınız? Dilliyəm, siz olmayın. Siz ağıllı qız olun".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam deyib.
Sənətçi sosial şəbəkədə ünvanına yazılan "acıdil, yekəxana" sözlərinə cavab verib.
Xatirə ona kaprizli deyənlərə də münasibət bildirib: "Kaprizli insan deyiləm, yalanı sevmirəm, düzlüyü xoşlayıram. İstəmirəm kimdənsə istifadə ediləndə. Mənimlə mən olun. Qanımdadır, rola girə bilmirəm. Nə qədər çalışsam da, obraza girməyi alındıra bilmirəm. Əgər mənim damarımı tutdunsa, dünyada məndən rahat adam ola bilməz. Kinli insan deyiləm. Amma çox səhvi bağışlaya bilmərəm. Deyib-gülərəm, içimdə onu unutmaram".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
