ULDUZ
Hadisə sevgidən "qəzəbləndi"
01-03-2020

Bir müddət əvvəl sevgili olduqları məlum olan türkiyəli müğənni Hadisə ilə aktyor Kaan Yıldırımın ayrıldıqları iddia olunmuşdu.
Mtv.az xəbər verir ki, cütlüyün münasibəti Hadisənin aktyorun iti ilə etdiyi paylaşımdan sonra ortaya çıxmışdı.
Müğənninin şəkilləri silməsinin ardından K.Yıldırımın münasibətlərinin üzə çıxmasına qəzəbləndiyi xəbərləri yayılıb.
Hadisənin "İnstaqram" səhifəsinin hekayə bölməsində “Notebook” filmindəki “Asan olmayacaq. Həqiqətən çox çətin olacaq. Amma bunu etmək istəyirəm, çünki səni çox sevirəm. Sənə aid olan hər şeyi istəyirəm. Sonsuza kimi sən və mən” sözlərini paylaşımı isə iddiaların yalan olduğunu ifadə edib.
152 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Yanvar
27 Yanvar