Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto
Till Lindemann koronavirusa yoluxmayıb
Natavan Dado haqqında danışmaq istəmədi

Facebook instagram Twitter Youtube
ULDUZ

Bənövşə tamaşada ilk rolunu oynadı - video

25-02-2020


Müğənni Roza Zərgərlinin qızı Bənövşə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk tamaşasını oynayıb.

Mtv.az xəbər verir ki, o, "Mən dəyərəm min cavana" tamaşasında rol alıb. Bənövşə bildirib ki, ilk tamaşada çox həyəcanlı olub:

"İşə dəvət olunanda səsimə münsiflər qulaq asdılar. İmtahandan sonra işə qəbul edildim. Təşəkkür edirəm ki, gənc istedadlara şərait yaradırlar. Əli Qismət Lalayeva minnətdaram. Ümid edirəm ki, mənə verilən etimadı doğruldacam.

İlk tamaşada İbadın qızı obrazını canlandırdım. Bu qədər böyük bir teatrın səhnəsində çıxış etmək böyük uğurdur. İlham Namiq Kamal, Əkbər Əlizadə, Ülviyyə Əliyeva kimi aktyorlarla eyni səhnəni paylaşmaq asan deyildi. Bu işin məsuliyyətini dərk edirəm. Buna görə də öz üzərimdə çalışıram".

Xatırladaq ki, Bənövşə Bakı Musiqi Akademiyasında vokal təhsili alır. R.Zərgərlinin oğlu Corc Qafarov da aktyor kimi fəaliyyət göstərir. O, Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/1602593819348" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart




















29 Mart