Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto
Till Lindemann koronavirusa yoluxmayıb
Natavan Dado haqqında danışmaq istəmədi

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda "Eurovision"a getmək arzusundadır

25-02-2020


"Bizim şou-biznesi dünya ilə müqayisə etmək düzgün deyil. Balaca ölkəyik. Dünyada tanınmaq asan deyil. Hər bir müğənni istəyər dünyada tanınsın. Öz ölkəndə tanınmaq da xoşbəxtlikdir. Sevilirsənsə, lap böyük xoşbəxtlikdir".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib.

Sənətçi yerli ifaçıları dünya ulduzları ilə müqayisə etməyin yanlış olduğunu bildirib.

Sevda "Eurovision"a getmək arzusundan bəhs edib: "Seçim turlarına qatılmaq istəmərəm. Amma təklif gəlsə, məmnuniyyətlə gedərəm".

Müğənni hazırda yazılan mahnılardan gileylənib: "Mahnılardan narazıyam. Bir neçə il əvvəl daha peşəkar mahnılara müraciət edilirdi, sevilirdi, yaddaşda da qalırdı. İndi yazılanlar isə tez unudulur. Bilmirəm nədir, mövzu tükənib? Namiq Qaraçuxurlunun yaradıcılığını çox bəyənirəm. Hətta ona təklif etmişəm ki, alınsa, sizdən mahnı oxuyum".

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart




















29 Mart