Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto
Till Lindemann koronavirusa yoluxmayıb
Natavan Dado haqqında danışmaq istəmədi

Facebook instagram Twitter Youtube
ULDUZ

Samir bayağı müğənnilərin çoxalmasından narahatdır

25-02-2020


“Şou-biznes bərbad vəziyyətdədir. Çox heyif ki, estrada və pop musiqisi günü-gündən zəifləyir”.

Mtv.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib.

İfaçı bayağı müğənnilərin çoxalmasında onları qınayanlara cavab verib: “Hərdən deyirlər ki, siz çıxmırsınız deyə, məcbur qalıb onları efirə çağırırıq. Bayağı oxuyan müğənniləri biz çıxarmamışıq. Özəl kanallar istədiyi hər ifaçını çağırır. Efirdə zarafat da olar. Elə şeylər var ki, mənə çatmır. İndiki bəyənilən mahnılar pop və estrada musiqisi deyil. Onlar 40 il bundan öncə “Yonika” sintezatorlarda çalınan Özbəkistan və Türkmənistan ritmləridir. Görmüşük ki, insan inkişaf edər. İfaçılar var idi ki, yeni çıxanda bayağı oxuyurdular deyə bəyənilmirdilər. Amma dəyişdilər: yaxşı bəstəkarlarla, musiqiçilərlə işlədilər. Hər şeylərini qurban verdilər ki, qazansınlar. İnsanların zövqünü korlayanlar musiqiçi deyil, istifadəçidirlər. Sadəcə pul bazarıdır, istifadə edirlər”.

Xatırladaq ki, S.Cavadzadə bir müddət öncə verdiyi açıqlamada “Bayağı ifa edən şəxslər yaxşı insan olsaydılar, Azərbaycan mədəniyyətini, musiqisini korlayıb, bu günə qoymazdılar” sözlərini işlətmiş və qalmaqala səbəb olmuşdu.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart






















29 Mart